21-ci əsrin tarixi ABŞ-Çin münasibətləri ətrafında cərəyan edəcək - Rubio

 12:00 20.03.2025     147

ABŞ dövlət katibi: “Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik".
 

Amerika Birləşmiş Ştatları və Çin arasındakı münasibətlər bütün 21-ci əsr tarixinin ətrafında cərəyan edəcək amil olacaq.

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Marko Rubio səsləndirib.
 

O, “Salem News Channel”a deyib: "Düşünürəm ki, 21-ci əsrin hekayəsi ABŞ və Çin arasında baş verənlərlə bağlı olacaq".

ABŞ Dövlət Departamentinin rəhbəri bəyan edib ki, Vaşinqtonun Pekindən asılı vəziyyətə düşdüyü hadisələrin inkişafı yolverilməzdir.

"Biz Çinlə əlaqə saxlamalıyıq, bunu etməmək məsuliyyətsizlik olardı, lakin biz də Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik".