HƏMAS İsrailə hücuma görə məsuliyyəti öz üzərinə götürdü

 16:52 20.03.2025     91

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" İsrailin mərkəzi hissəsinə, xüsusilə Təl-Əviv şəhərinə raket zərbələri endirdiklərini bəyan edib. 

Redaktor.az xəbər verir ki, bəyanat hərəkatın teleqram kanalında dərc olunub.

Məlumata görə, bu hücumun, İsrailin mülki şəxslərə qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirildiyi bildirilib.

HƏMAS bu raket hücumunu İsrailin fələstinli mülki vətəndaşlara qarşı davam edən hücumlarına cavab olaraq həyata keçirdiyini qeyd edib. Təşkilat, İsrailin mülki şəxslərə qarşı törətdiyi cinayətlərə qarşılıq verdiyini vurğulayıb.