ABŞ-Rusiya danışqılarının yeri və vaxtı açıqlandı

Martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə növbəti məsləhətləşmələr keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Biz cənab Vals ilə razılaşdıq ki, bu məsələ ilə bağlı ikitərəfli formatda məsləhətləşmələr prezidentlərin təyin etdiyi ekspertlər tərəfindən aparılacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq".