Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46%-ə qaldırdı

 23:19 20.03.2025     131

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46 faizə qaldırıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Mərkəzi Bankının saytında yerləşdirilən Pul Siyasəti Komitəsinin aralıq iclasının qərarında deyilir.

İclasda inflyasiya proqnozu üçün yarada biləcəyi risklər nəzərdən keçirilib və sərt pul siyasətinin davam etdirilməsi üçün addımlar atılıb.

Müvafiq olaraq, komitə Mərkəzi Bankın uçot dərəcəsini 46 faizə yüksəldilməsi barədə qərar qəbul edib.