Ermənistan Rusiya ilə yaxınlaşır

Ermənistan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Redaktor.az xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin başçılıq ediblər.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər. Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı kontekstində bütün səviyyələrdə, o cümlədən Xarici işlər nazirlikləri vasitəsilə siyasi dialoqun, eləcə də müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davamlılığının vacibliyi vurğulanıb.
Ermənistan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, eləcə də mədəni-humanitar sahələrdə qarşıda duran birgə tədbirlər və proqramlar ətrafında fikir mübadiləsi aparılıb.