Avropanın 20 lideri Ukraynaya görə Parisə toplaşır

Fransa Prezidenti Emmanuel Makron təsdiqləyib ki, Ukraynaya dəstək verən ölkələrin koalisiya liderləri gələn cümə axşamı Parisdə görüşəcəklər.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Rusiya ilə sülh razılaşması əldə olunarsa, sülhməramlıların göndərilməsi və Kiyevə təhlükəsizlik zəmanətinin verilməsini müzakirə edəcəklər.
“Bloomberg” daha əvvəl bildirmişdi ki, Avropa liderləri gələn həftə Fransanın paytaxtında Ukraynada sülh danışıqları ilə bağlı birgə mövqeyi müzakirə edəcəklər.
“Gələn cümə axşamı Parisdə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası”nın daha bir toplantısını keçirəcəyik”, – Makron Britaniyada 20-dən çox ölkənin hərbi liderlərinin görüşündən sonra jurnalistlərə demişdi.