"Ən qısa zamanda Ukrayna ilə saziş imzalayacağıq" - Tramp

 11:48 21.03.2025     146

ABŞ və Ukrayna ən qısa zamanda Ukrayna resurslarına dair sazişi imzalayacaq.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Bizim görəcəyimiz işlərdən biri də yaxın gələcəkdə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş imzalamaqdır”, - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, o, ABŞ-nin kritik resurslarının istehsalı ilə bağlı fərman verib:

“Bir neçə dəqiqə əvvəl mən də mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir.

Bildiyiniz kimi, biz həm də dünyada nadir torpaq metallarının, mineralların və daha çox şeylərin işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq, xüsusən də Ukraynada”.