Putin Lavrovu təltif etdi

 13:13 21.03.2025     190

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, prezidentin sərəncamına əsasən, Lavrov bu mükafatı “Vətən qarşısında görkəmli xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasətinin inkişafı və həyata keçirilməsinə böyük töhfəsinə və uzun illər səmərəli dövlət fəaliyyətinə görə” alıb.

Qeyd edək ki, bu gün Sergey Lavrovun 75 yaşı tamam olub. O, 2004-cü ildən Rusiyanın xarici işlər naziri postunda çalışır.