Ermənistan-Türkiyə sərhədi açıldı

 13:35 21.03.2025     163

İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib.

“Marqara” keçid məntəqəsi martın 31-dək açıq olacaq.

Ermənistan hökumətinin qərarına görə, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə göstərəcək.

Ermənistan adından Suriyaya göndərilən humanitar yardımın Türkiyə ərazisindən quru yolu ilə daşınması qərara alınıb.

Qeyd edək ki, Türkiyənin Ermənistanla 311 km. sərhədi var. Türkiyə 1993-cü ildən Ermənistanla sərhədi Azərbaycana dəstək məqsədilə bağlayıb.