Ankarada 5 günlük qadağa

 13:57 21.03.2025     80

Türkiyənin Ankara şəhərində nümayişlərə 5 günlük qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə Ankara Valiliyi məlumat yayıb.

"İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq işlərini protest etmək məqsədilə bəzi sosial media və bənzəri platformlardan edilən provakativ  paylaşımlardan və əldə edilən digər informasiyalardan xalqı provakasiyaya cəlb etməklə qanunsuz toplanış və nümayişlər, ardınca isə şiddət hərəkətlərinə yol veriləcəyi ilə bağlı kəşfiyyat məlumatı daxil olub.

Bu baxımdan ümumi asayişin təmin edilməsi məqsədi ilə (əvvəlcədən icazə verilənlər istisna olmaqla) qapalı və açıq məkanlarda nümayişlər, mətbuata açıqlamalar, çadır qurmaq, imza kampaniyası və oxşar addımların atılması, pankartların açılması qanuna əsasən 21 mart 2025 cümə günü saat 14:00-dan 25 mart 2025-ci il çərşənbə axşamı saat 23.59-a qədər qadağan olunub",-məlumatda deyilir.

Qeyd edək ki, İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun polis tərəfindən saxlanılmasından sonra bir sıra şəhərlərdə nümayişlər başlanıb. Bundan qabaq oxşar qadağa İzmir Valiliyi tərəfindən tətbiq edilib.