Amerikanın başına 15 milyon dollar qoyduğu qadın

 14:07 21.03.2025     81

ABŞ Federal Təhqiqat Bürosu Liu Baoxia adlı qadını və onun 3 əməkdaşını axtarır.

Redaktor.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu xanımın həbsinə yardım edənə 15 milyon dollar mükafat vəd edib.

Liu Baoxia texniki komponentlərini ABŞ-dan Çinə göndərməliymiş. Ancaq o, saxta şirkətlər üzərindən dron istehsalında lazım olan bu komponentləri İrana ötürüb. Özü də bu xanım düz 20 il bu işlə məşğul olub.

Ehtimal edilir ki, Liu Baoxia hazırda İranda gizlənir.