Ermənistan Türkiyəyə təşəkkür etdi

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib.
Redaktor.az xəbər verir ki, Ermənistan hökumətinin Türkiyə üzərindən Suriyaya göndərdiyi humanitar yardımı çatdırmaq üçün tibbi ləvazimat və ərzaq məhsulları daşıyan yük maşınlarının “Marqara” körpüsündən keçdiyi bildirilir.
“Mən türk həmkarlarıma bu humanitar missiyada əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm”, – Kostanyan X sosial şəbəkəsində yazıb.
Yüklərin çatdırılması üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi martın 21-dən 31-dək açıq olacaq.
Qeyd edək ki, 1993-cü ildən “Marqara” keçid məntəqəsindən praktiki olaraq ticarət və sərnişin daşınması üçün istifadə edilmir. Son illər Ermənistan onu modernləşdirib, keçid məntəqəsi fəaliyyətə hazırdır, lakin Türkiyə onu açmağa tələsmir və Ermənistanla münasibətlərin normallaşmasını İrəvanın Azərbaycanın şərtlərini yerinə yetirməsi ilə əlaqələndirir.