Biz Brüsseldən sülh danışıqlarına mane olmamasını gözləyirik - Siyarto

Biz Brüsseldən sülh danışıqlarına mane olmamasını gözləyirik.
Redaktor.az xəbər verir ki, bunu Macarıctanın xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında ABŞ-ın Rusiya və Ukrayna arasında sülhə nail olmaq yönündə səylərinə münasibət bildirərkən deyib.
“Ümid edirəm ki, Brüsseldəki savaş tərəfdarları buna mane olmayacaq. Son üç il sübut etdi ki, Ukraynadakı müharibənin döyüş meydanında həlli yoxdur”- Siyarto vurğulayıb.