Kreml Ermənistanı “dost ölkə” adlandırdı

“Rusiya Ermənistanla münasibətləri daha da inkişaf etdirməyə yönəlib”.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə əlaqələrin bərpası barədə göstəriş verməsi barədə məlumatı şərh edərkən deyib.
O qeyd edib ki, “Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib”.
Kremlin sözçüsü Ermənistanı “dost ölkə” adlandırıb:
"Bizim çoxlu ortaq cəhətlərimiz var: ikitərəfli, tarixi və mədəni baxımdan. Eləcə də Aİİ kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından".
“Biz Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə inanırıq və onları hərtərəfli inkişaf etdirməyə hazırıq”, - Peskov əlavə edib.