İstanbul Böyükşəhər Bələdiyyəsinin binası ətrafındakı yollar bağlandı

 17:36 21.03.2025     53

İstanbul Böyükşəhər Bələdiyyəsinin binasının yerləşdiyi Saraçhane ətrafındakı yollar bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul valiliyi qərar verib.

Saraçhane ətrafındakı yollar yerli vaxtla saat 14.00-daq 1 günlüyünə nəqliyyatın hərəkəti üçün bağlanıb. 

Qeyd edək ki, bundan əvvəl İstanbul valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün aksiya və nümayişlərə qadağa qoymuşdu.