İmamoğlu ifadə verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu ifadə verib.
Redaktor.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Terrorizm və mütəşəkkil cinayətkarlıq üzrə iki ayrı təhqiqat çərçivəsində polis idarəsində İmamoğlunun dindirilməsi başlayıb.
Bundan başqa, şübhəlilər qismində axtarılan Ertan Yıldız, Buğra Gökce və Uğur Ataman da saxlanılıblar.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən E.İmamoğlu və 99 şübhəli barədə "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə başladılan istintaq işləri davam edir.