Əkrəm İmamoğlu ifadə VERDİ

 21:55 21.03.2025     106

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, İmamoğlu ifadə zamanı özünə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil 106 nəfərin həbsi haqqında qərar çıxarıb. İş üzrə 90 nəfər artıq həbs edilib.

Ə. İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun sabah axşam hakim qarşısına çıxarılacağı gözlənilir.