2024-cü ildə miqrant ölümlərinin sayı rekord həddə çatıb - BMT

2024-cü ildə dünya üzrə miqrantların ölüm sayı təxminən 9 min nəfərə çatıb ki, bu da son beş ilin ən yüksək göstəricisidir.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, 2024-cü ildə miqrasiya marşrutlarında 8 938 nəfər ölüb. Lakin real ölüm sayı daha yüksək ola bilər, çünki bir çox hadisələr sənədləşdirilməmiş qalır.
Ən çox ölüm halları Asiyada – 2 788 nəfər, Afrikada – 2 242 və Aralıq dənizi regionunda – 2 452 nəfər qeydə alınıb. Avropada bu göstərici 233 nəfər təşkil edir.
İlkin məlumatlara görə, Amerikada azı 1 233 miqrant ölüb ki, bunlara Karib regionunda rekord sayda 341 hadisə və Daryen körfəzini keçərkən 174 ölüm halı daxildir.
BMT vurğulayıb ki, ölənlərin əksəriyyətinin kimliyi müəyyən edilməyib.