İsrail HƏMAS-ın hərbi kəşfiyyat rəhbərini ZƏRƏRSİZLƏŞDİRDİ

İsrail ordusu Qəzza zolağının cənubunda HƏMAS-ın kəşfiyyat xidmətinin rəhbəri Usama Tabaşın öldürüldüyünü açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin rəhbəri və təşkilatın müşahidə və hücum bölməsinin rəhbəri terrorçu Usamə Tabaşı Qəzzanın cənubunda hava zərbəsi ilə məhv edib", – deyə bəyanatda bildirilir.
Məlumata görə, Tabaş HƏMAS-ın yüksək rütbəli terrorçularından biri idi və təşkilat üçün mühüm əməliyyat biliklərinin mənbəyi sayılırdı.
Onun, HƏMAS-da müxtəlif rəhbər vəzifələr tutduğu, o cümlədən Xan Yunis briqadasında batalyon komandiri olduğu bildirilir.