“Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı özüdür” - Nikol Paşinyan

 09:52 22.03.2025     124

“Təhlükəsizliyin sülhdən böyük qarantı yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində “Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması üçün zaminə ehtiyac varmı” sualını şərh edərkən deyib.

"Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı Ermənistanın özüdür, o, kənar müdaxilə olmadan qonşuları ilə yaşaya bilər. Təhlükəsizliyi təmin etmək üçün sülhdən daha effektiv alət yoxdur. Sadəcə olaraq, belə bir alət yoxdur", - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, hazırda zaminlik institutunu ciddi qəbul etmək olmaz.

“Məhz 2022-ci ildən sonra Ermənistan de-yure ölkənin təhlükəsizliyinin təminatçısı olan KTMT-də iştirakını tədricən dondurdu.

Biz tarixin təkrarlanmasını istəyirik? Xeyr, mən bununla razı deyiləm. Sülh, institusional və uzunmüddətli, qonşular arasında yaşamaq imkanı və təbii ki, islahatları sürətlə gedən döyüşə hazır ordu. Ermənistanda bunu heç kim hiss etmir, çünki ölkə hökuməti bu barədə danışmır. Hakimiyyət əvvəlki səhvlərdən dərs alıb və bunu reklam etmir.

Əgər başqa hallarda bir çox vətəndaş üçüncü ölkələrdən gələn məlumatlara güvənirsə, bu halda Ermənistanda heç kim heç nə görmür və eşitmir. İnsanlarda məlumat yalnız ondan ibarətdir ki, Ermənistan təslim olub və s.”-deyə Paşinyan bildirib.