Mirzoyandan Lavrova zəng

 10:02 22.03.2025     163

Martın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında bildirilib.

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla telefon danışığında ikitərəfli siyasi dialoqumuz çərçivəsində qarşıda duran hadisələri müzakirə etdik. Mən onu ad günü münasibətilə də təbrik etdim", - Mirzoyan qeyd edib.