İmamoğlu terror istintaqına dair ifadə verir

Bu saatlarda İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu ifadə verməyə başlayıb.
Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əkrəm İmamoğlu İstanbul Baş Prokurorluğu tərəfindən sorğu-sual edilir.
Qeyd edək ki, həm “korrupsiya”, həm də “terror” araşdırmalarında şübhəli bilinən Əkrəm İmamoğlu dünən korrupsiya istintaqı ilə bağlı 121 səhifəlik ifadə verib.
İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət almaq”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək”, "terror təşkilatına yardım etmək" cinayətləri ilə bağlı istintaq başladılıb.