Putin atəşkəs təklifindən imtina etməyib - Tramp

 11:59 22.03.2025     170

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya dair atəşkəs təklifini rədd etməyib”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib

O, Rusiyanın artıq böyük sanksiyalara məruz qaldığını vurğulayıb.

“Onların hamıdan daha çox sanksiyaları var”, Tramp bildirib.

O əlavə edib ki, Rusiya və Ukrayna ilə bağlı bir-iki yaxşı söhbəti olub.

Xatırladaq ki, martın 18-də ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Putin Trampın 30 gün ərzində enerji obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi ilə razılaşıb. Bundan əvvəl, martın 11-də Ukrayna Trampın 30 günlük tam atəşkəs təklifi ilə razılaşıb.