Tramp Baydenin ardınca onların da məxfi məlumatlara girişini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harris, keçmiş dövlət katibi Hillari Klinton və bir sıra digər şəxslərin məxfi məlumatlara giriş icazələrini ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp onlardan əvvəl keçmiş Prezident Co Baydenin də məxfi məlumatlara giriş icazəsini ləğv edib.
Respublikaçı prezident 2016-cı il prezident seçkilərində Klintonu, keçən ilki seçkidə isə Harrisi məğlub etmişdi.
"Mən müəyyən etmişəm ki, məxfi məlumatlara giriş artıq buşəxslərin milli maraqlarına uyğun deyil", - Tramp deyib.
O bu siyahıya keçmiş dövlət katibi Antoni Blinkenin də daxil olduğunu qeyd edib.
2021-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Co Bayden Tramp üçün məxfi məlumatlara girişi ləğv etmişdi.