Putin Trampa hədiyyə göndərdi

 14:20 22.03.2025     156

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə göndərib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff müsahibələrindən birində deyib.

“Prezident Putin aparıcı rus rəssamına Trampın portretini sifariş verib. Əsas etibarilə həmin portreti mənə verdi və onu Donald Trampın evinə aparmağımı istədi. Mən portreti ona verdim”, - Uitkoff bildirib.