Roma Papası sabah ictimaiyyət qarşısına çıxacaq

Roma Papası I Fransisk bazar günü beş həftədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmağı və ikiqat pnevmoniya ilə mübarizə apardığı Gemelli xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua verməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki. bu barədə “Reuters” Vatikana istinadən məlumat yayıb.
88 yaşlı Fransisk fevralın 14-də uzun müddətli müalicə tələb edən ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada qaldığı bütün müddət ərzində Papa yalnız bir dəfə görünüb - keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən diqqət çəkib.
Vatikanın şənbə günü verdiyi qısa bəyanata görə, I Francisk salamlamaq və xeyir-dua vermək üçün bazar günü günorta saatlarında xəstəxananın pəncərəsinə yaxınlaşacaq.
Papa adətən bazar günləri Müqəddəs Pyotr meydanında həftəlik günorta duaları edirdi. O, xəstəxanaya yerləşdirildiyi fevralın 9-dan bəri bunu edə bilmir.
Vatikan bəyan edib ki, Fransisk bazar günü dua etməyəcək, bu, papanın hələ də sətəlcəm xəstəliyindən müalicəsini davam etdirdiyinə işarədir, ancaq salam vermək üçün pəncərəyə yaxınlaşacaq.