İranda yaşayış binasında partlayış baş VERDİ

 19:38 22.03.2025     186

Tehranda yaşayış binasında partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib.

Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.

İndiyə olan məlumata görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.