ABŞ-də atışma nəticəsində 3 nəfər ÖLDÜ

 22:09 22.03.2025     203

ABŞ-nin Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Telekanalın məlumatına görə, polis hələlik şübhəlilərin kimliyini müəyyən etməyib.

Parka gedən bütün yollar bağlanıb.