Əkrəm İmamoğlu və 90 şübhəli məhkəməyə göndərildi

 22:21 22.03.2025     168

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqları çərçivəsində saxlanılan 91 nəfər, o cümlədən İBB sədri Əkrəm İmamoğlu məhkəməyə göndərilib.

Redaktor.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilata rəhbərlik etmək”, “cinayətkar təşkilata üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz əldə etmək” və “tender saxtakarlığı” kimi ittihamlarla istintaq aparılır. Bundan əlavə, İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə Başçısı Resul Emrah Şahanın da daxil olduğu 7 nəfər “PKK/KCK terror təşkilatına yardım” ittihamı ilə araşdırılır.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Kənan YUSİF