Sabiq prokurorun mənzilində meyiti TAPILDI

 09:15 23.03.2025     217

ABŞ-da Virciniya ştatının keçmiş prokuroru, 43 yaşlı Cessika Aber öz evində ölü tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb.

Ölümün səbəbi hələ göstərilməyib, səbəblər məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Qeyd olunur ki, Aber vəzifəsini iki ay əvvəl tərk edib.