ABŞ 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi PLANLAŞDIRIR

 09:30 23.03.2025     179

ABŞ prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə tətbiq edilən xüsusi proqramla ölkəyə daxil olan miqrantlardan gedir.

Təşəbbüs təsdiqlənərsə, miqrantların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.