Əkrəm İmamoğlu həbs edildi - YENİLƏNİB

 11:42 23.03.2025     263

Əkrəm İmamoğlu terrorla bağlı istintaq üzrə şərti olaraq sərbəst buraxılıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi qüvvədə qalır.

Sadəcə, ikinci ittiham üzrə şərti sərbəst buraxılıb.

11:41

***

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, onun, qərara əsasən cəza evinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ə. İmamoğlu haqqında “terror” istintaqı üzrə qərarın da verilməsi gözlənilir.