ABŞ bu tarixədək Ukraynada atəşkəsə nail olmaq İSTƏYİR

ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
“Ağ Ev həm Qərb, həm də pravoslav kilsələrində bu il Pasxa bayramı olan 20 aprel tarixinə qədər atəşkəs razılaşması əldə etməyi hədəfləyir, lakin bu müddətin dəyişə biləcəyini qəbul edir”, - məlumatda qeyd olunub.