Ukrayna ordusu Rusiyanın motoatıcı briqadasını darmadağın ETDİ

 14:02 23.03.2025     320

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Donetsk vilayətinin Toretsk şəhərində yerləşən Rusiya 1-ci mühafizəçi briqadasının 103-cü motoatıcı polkunun qüvvələrinin cəmləşdiyi əraziyə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat verilir.

Əməliyyatın detalları:

Hədəf alınan obyekt: Rusiya qüvvələrinin yerləşdiyi sığınacaq və onun zirzəmisi.

Nəticə: Sığınacaq tamamilə məhv edilib, o cümlədən desant-hücum qrupları və PUA operatorları zərərsizləşdirilib. Bu hücum, Rusiyanın Toretsk istiqamətindəki bölmələrinin effektivliyini əhəmiyyətli dərəcədə azaldır.