ABŞ Ukraynaya silah tədarükünü davam ETDİRİR

ABŞ rəhbərliyinin nümayəndələri hələ ki, Ukraynaya silah tədarükünün məhdudlaşdırılmasına razılıq verməyiblər.
Redaktor.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyevə silah tədarükünün azaldılması Rusiya tərəfinin atəşkəs üçün şərtlərindən biri idi. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı qərar verməyib.
"Ağ Ev əvvəllər Ukraynaya yardımını dayandırmışdı. Lakin hazırda ABŞ heç bir məhdudiyyətlə razılaşmayıb", - agentlik yazır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın əvvəlində Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa etdiyini və hazırda Rusiya məhsullarına əlavə rüsumların tətbiqi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.