İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü TƏSDİQLƏDİ

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhəri yaxınlığında həyata keçirdiyi hava zərbəsi nəticəsində HAMAS-ın siyasi bürosunun üzvü Salah əl-Bardavili zərərsizləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Salah əl-Bardavil, HAMAS-ın planlaşdırma və inkişaf ofisinin rəhbəri olmaqla yanaşı, Fələstin Qanunverici Şurasının üzvü və HAMAS-ın Xan-Yunis bölgəsindəki rəsmi nümayəndəsi idi.
İsrail Müdafiə Qüvvələri və İsrailin Daxili Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat bazar günü axşam saatlarında baş tutub.
İsrail ordusu, bu əməliyyatın əsas məqsədinin HAMAS-ın yüksək səviyyəli liderlərini zərərsizləşdirmək olduğunu bildirib.