Kanadada aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək

 22:42 23.03.2025     367

Kanadanın baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Karni bu xəbəri dövlət televiziyasında xüsusi müraciəti zamanı deyib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.

Baş nazir izah edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.

Vumart və Güvən reklamı Vumart Güvən