Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil EDİLDİ

Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.
"Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək", - Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.
Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.