Lavrov Mirzoyanla sülh müqaviləsini müzakirə etdi

 18:44 24.03.2025     218

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Bildirilib ki, nazirlər söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərə dair müzakirələr aparıblar.

Məlumata görə, İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyiş qeyd olunub.