Ağ Ev ABŞ-nin husilərə qarşı hücum planlarını səhvən jurnalistə göndərdiyini təsdiqləyib

 22:28 24.03.2025     173

Ağ Ev amerikalı jurnalistin təsadüfən Yəmən hücumları ilə bağlı gizli söhbət qrupuna daxil olduğunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Haqes bildirib.

Qeyd edilib ki, jurnalistin nömrəsinin necə əlavə edildiyini müəyyən etmək üçün araşdırma başlanılıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts husilərə planlaşdırılan zərbələr də daxil olmaqla, məxfi əməliyyatların müzakirə edildiyi gizli “Signal” qrup söhbətinə təsadüfən “The Atlantic”dən redaktor əlavə edib.

Qrupa ABŞ-ın müdafiə naziri Pit Heqset, Yaxın Şərq üzrə nümayəndə Stivin Uitkoff, milli təhlükəsizlik müşaviri Maykl Vals və daxili təhlükəsizlik müşaviri Stiven Millerlə birlikdə 18 nəfər daxil olub.

Söhbətdə ABŞ-ın Yəməndəki hərbi əməliyyatları, o cümlədən silahlar, vaxt və hədəflərlə bağlı ətraflı planlar haqqında aktiv müzakirələr aparılıb.