BQXK-nın Qəzzadakı ofisinə mərmi DÜŞDÜ

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub.
"Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir", - məlumatda bildirilib.