İmamoğlu dünənki mitinqlərdə səslənən bəzi şüarları PİSLƏDİ

 13:57 25.03.2025     114

Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ona dəstək məqsədilə dünən keçirilən mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anasının təhqir olunmasını pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə onun “X” səhifəsində paylaşım edilib.

Ə.imamoğlu həbsdən göndərdiyi mesajda Ərdoğanın anasını təhqir edənlərin əməllərini pisləyib və mərhum Tənzilə Ərdoğana rəhmət diləyib. O, öz ailəsi və yaxınları barəsində təhqirlər səsləndirən şəxslərin də məsuliyyətə cəlb edilməsini tələb edib.

Qeyd edək ki, İstanbulda keçirilən mitinqin yekununda bir qrup gənc ölkə başçısının illər əvvəl vəfat etmiş anasının ünvanına təhqiramiz şüar səsləndirib. Dərhal keçirilən tədbirlərlə 43 nəfər tutulub.