Daha bir bələdiyyə sədri prokurorluqda ifadə VERƏCƏK

 14:13 25.03.2025     121

İstanbulun Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güney şəhər Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb.

Redaktor.az xəbər verir ki, prokurorluq tərəfindən ona qarşı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayı seçkilərində saxtakarlıq edilməsi və “Siyasi partiyalar haqqında” Qanunun pozulması iddiası ilə istintaq başlanıb. Güney bu araşdırma ilə bağlı şübhəli qismində ifadə verəcək.