Ermənistanda Rusiya sərhədçisi həlak oldu - YARALI VAR

Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.
Yaralının vəziyyəti ağır qiymətləndirilib.