Rusiya ABŞ administrasiyasına təsirlər edir

Səudiyyə Ərəbistanında ABŞ -Rusiya danışıqlarının növbəti raundu baş tutdu. Məhz V. Putinin əsas istəyi ABŞ-la birbaşa danışıqlara gedərək sövdələşmələr əldə etməkdən ibarətdir. C.Bayden adminstrasiyası D. Trampdan fərqli olaraq belə bir danışıqları qəbul etmirdi və Rusiyanın fövqəl dövlət statusu almaq istəyinin qarşısından xətt çəkmişdi. Amma, D. Tramp V. Putinlə birbaşa danışıqlara gedərək, Moskvanın narrativlərini qəbul edir.
Hazırda D. Trampın 30 günlük atəşkəs təklifini V. Putin manipulyasiya etməkdədir. Böyük Britaniya və Avropa İttifaqı danışıqlardan kənar saxlanılmaqla, məhz iki ölkə arasında danışıqlar Avropanın və regionun təhlükəsizliyini təhdid edəcək bir prosesdir.
Hazırda davam edən danışaqlar V. Putinin maraqlarina xidmət edir. D. Tramp və V. Putin sövdələşməsinin qarşısını alacaq yeganə mərkəz Avropadır.
Qeyd edim ki, V. Putin atəşkəs müqabilində D. Trampdan güzəştlər əldə etməyi hədəfləyir. Birinci, Ukraynanın işğal olunmuş ərazilərindən imtina edilsin. İkinci, ABŞ Şərqi Avropadan qoşunlarını çıxarsın. Üçüncü, post-sovet məkanını Rusiyanin təsir dairəsi kimi tanısın. D. Tramp V. Putinin təklifi ilə razılaşa bilər.
D. Tramp Ukraynada atəşkəsin əldə edilməsi. İkinci, Rusiyanın İrana dəstəyini azaltması. Üçüncü, Çinlə məsafə saxlanılması. Rusiya və ABŞ danışıqları yeni nüfuz dairələrini bölməyə hesablanıb. Çin və Avropa Ukraynaya dəstək verməklə bu sövdələşmələrin reallaşmasının qarşısını ala bilər.
Məhəmməd Əsədullazadə,
politoloq