Aleksandr Lukaşenkonun andiçmə mərasimi OLDU

Bu gün Misnkdə Aleksandr Lukaşenkonun andiçmə mərasimi olub.
Redaktor.az xəbər verir ki, o rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
O andiçmə mərasimində ölkəsində totalitar rejimin mövcudluğu, eləcə də söz azadlığının olmadığı ilə bağlı fikirlərə münasibət bildirib: "ABŞ-ın hazırkı Administrasiyasının araşdırmaları nəticəsində, USAID və NED-nin 2020-ci ildə ölkəmiz də daxil olmaqla, dünya ölkələrində dövlət çevrilişləri və rəngli inqilab ssenarilərini maliyyələşdirdiyi ortaya çıxdı. Belarusda demokratiya özünü onun etalonu adlandıranlardan daha çoxdur”.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutub. Aleksandr Lukaşenko səslərin 86,82 %-ni qazanaraq yenidən prezident seçilib. O, 1994-cü ilin iyul ayından Belarusa rəhbərlik edir.