Lavrovdan Rusiya-ABŞ danışıqları ilə bağlı AÇIQLAMA

Ər-Riyadda keçirilən son danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətləri ilk növbədə Qara dənizdə təhlükəsiz gəmiçilik məsələlərini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, Moskva və Vaşinqton arasında danışıqların əsas mövzusu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama yayıb.
"Orada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında razılaşdırıldığı kimi, ilk növbədə, Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələləri müzakirə olunub", - diplomat bildirib.