Türkiyədə 5 jurnalist həbs EDİLDİ

 18:00 25.03.2025     114

Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə reaksiyalar davam edir. 

Redaktor.az xəbər verir ki,  istanbullular küçələrə axışaraq etiraz aksiyası keçiriblər.  Hadisələr fonunda AFP-nin müxbiri Yasin Akgül, İBB Fotomüxbiri Kurtuluş Arı, müxbir Hayri Tunç, müxbir Zeynep Kuray, Bakırköy bələdiyyəsinin foto müxbiri Gökhan Kam "toplantı və nümayişlər haqqında qanunu pozmaq" ittihamı ilə həbs edilib.