Zambiyada qayığın batması nəticəsində 13 nəfər ÖLDÜ

 23:58 25.03.2025     174

Zambiyada Luena çayında qayığın batması nəticəsində azı 13 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə ölkənin şimalındakı Luapula əyalətində baş verib.

Belə ki, Kavambva bölgəsində şəkər qamışı plantasiyasına gedən ferma işçilərini daşıyan qayıq güclü dalğa nəticəsində aşıb.

Altı nəfərin xilas ola bildiyi deyilir.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.