Bu ölkədə zəlzələ OLDU

Çilidə 5,4 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 105 min insanın yaşadığı Alto Hospicio şəhərindən 123 km şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Yeni Zelandiya sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Turan İSMAYIL